Milli Məclisin nümayəndə heyəti Bolqarıstanda

post-img

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 11-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  XQ-yə  bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin deputatları – Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Aqil Məmmədov, Anatoliy Rafailov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.

Son xəbərlər