Goranboyu yenə sel basdı…

post-img

Ötən gecə başlayan yağışlar nəticəsində Goranboyda çaylarda suyun səviyyəsi artmış, nəticədə yaranan sel suları rayonun Qarqucaq, Qazançı, Goranlı, Borsunlu, Qazanbulaq və Gürzallar yaşayış məntəqələrində fərdi təsərrüfatlara dolmuşdur. 

Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanmış və 37 yaşayış məntəqəsinin (12487 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranmışdır. 

RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal selin qismən fəsad törətdiyi ərazilərə gəlmiş, vəziyyətlə yerində tanış olmuşlar.

Hazırda monitorinqlər aparılır, lazımi texnikanı cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.

Hamlet Qasımov 
XQ







Son xəbərlər