Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb

post-img

Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.

XQ xarici KİV-lərə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 672 nəfər yaralanıb.

Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.

Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr uzaqlıqda, 10 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.

Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam etdirilir.

 

 

 

Dünya