Azərbaycan–Özbəkistan: enerji əməkdaşlığı üzrə Yol Xəritəsi imzalanıb

post-img

Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişlən­dirilməsinə dair Yol Xəritəsi” imzalanıb. On dörd istiqaməti əhatə edən Yol Xəritə­si hər iki ölkədə karbohidrogen resursla­rının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əmək­daşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpaolu­nan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrü­bə mübadiləsi üzrə də əməkdaşlıq edə­cəklər. Həmçinin bu il iyulun 26-da “Öz­bəkistan Milli Elektrik Şəbəkəsi” SC ilə “Azərenerji” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasın­da əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub. 

“Xalq qəzeti”

Son xəbərlər