Xocavənd rayonunda partlayıcı qurğular aşkarlanıb

post-img

ANAMA tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğular aşkar olunub. 

Bu barədə “XQ”-yə ANAMA-dan mə­lumat verilib.

Qeyd edək ki, əvvəllər bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb. Aşkar olunan tələ-minalar ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib. 

ANAMA bir daha vətəndaşlara müra­ciət edərək bildirir ki, bələd olmadıqları ərazilərə daxil olmasınlar, şübhəli əşyala­ra toxunmasınlar.

“Xalq qəzeti”

Son xəbərlər