Babəkin Qahab kəndində görüş

post-img

Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Qahab kəndində olub, sakinlərlə görüşüb. 

Söhbət zamanı səlahiyyətli nümayən­də Prezident İlham Əliyevin qədim diyarda quruculuq işlərinin yüksək səviyyədə davam etdirilməsinə göstərdiyi diqqət və qayğının təzahürü olan “Naxçıvan Mux­tar Respublikasının sosial-iqtisadi inkişa­fına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verib, növ­bəti mərhələdə görüləcək işlər və həyata keçiriləcək sosial-iqtisadi layihələrdən söz açıb. Fuad Nəcəfli rayon sakinləri ilə ötən görüşlərdə qaldırılan məsələlərə və onların həlli ilə bağlı görülən işlərə də toxunub.

Görüşdə 56 kənd sakininin müraciəti dinlənilib, 4 sakinin ərizəsi isə baxılmaq üçün götürülüb, qaldırılan məsələlər qey­diyyata alınıb.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Naxçıvan



Sosial həyat