Füzulinin daha 89 sakini doğma yurda qayıtdı

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Dünən növbəti köç karvanı Bakı şəhə­rinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan ya­ranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli döv­lət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vit­se-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildi­riblər, bu yolda canlarından keçən şəhid­lərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzulidə yenidən tikilən evlərdə məskunlaşır. Bununla da şəhərdə 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib

“Xalq qəzeti”

Son xəbərlər