Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Xankəndidən gələn erməni əsilli 61 nəfər "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib.
Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst hərəkətləri təmin olunub.
Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.