Azərbaycan – Özbəkistan: energetika sahəsində əlaqələr uğurla inkişaf edir

post-img

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrup”un ilk iclası Daşkənddə keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, iclasda çıxış edən İşçi qrupunun həmsədri, nazir müavini Samir Vəliyev iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib. 

İşçi qrupun Özbəkistan tərəfdən həmsədri nazir müavini Akmal Cumanazarov isə Azərbaycan-Özbəkistan arasında energetika sahəsində əlaqələrin inkişafından, bu istiqamətdə müxtəlif dövlət qurumlarının sıx fəaliyyətindən bəhs edib, əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib. 

İclasda Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsinin icrası üzrə görülən nəticəyönümlü tədbirlər nəzərdən keçirilib, iki ölkənin energetika nazirlikləri və “Узбекнефтегаз” ilə SOCAR arasında imzalanması nəzərdə tutulan saziş layihələri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

“Xalq qəzeti”

 

Son xəbərlər