Şənbə günü Bakının küçələri yuyulub

post-img

Dünən səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 544 əsas küçə və prospektləri təbiətə ziyanı olmayan vasitələrlə yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmə­tindən bildiriblər ki, qurumun qərarına uyğun olaraq gün ər­zində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

“Xalq qəzeti”

Son xəbərlər