Dünən Dövlət Sərhəd Xidməti Akademiyasının magistratura pilləsini bitirmiş məzunların ikinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev məzunları Dövlət Sərhəd Xidməti Akademiyasında ilk dəfə 2020-ci ildə yaradılmış və hazırda ikinci buraxılışı olan magistratura təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edərək onlara hərbi xidmətlərinin davamında uğur arzulayıb.
Məzunlar adından çıxış edən polkovnik-leytenant Azər Omarov Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsilli zabitləri olmaları ilə fəxr etdiklərini, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirib.
“Xalq qəzeti”

