Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin əməkdaşı Dastin Rey ölkəmizə gəliblər.
Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) “Xalq qəzeti”nə bildiriblər ki, səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi çərçivəsində birgə həyata keçiriləcək tədqiqat işləri ilə bağlıdır. Amerikalı seysmoloqlar səfər çərçivəsində “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Feyzullayev Rəsul ilə birlikdə çöl işlərində olublar.
Qonaqlar AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində “Zəlzələlərin tədqiqi bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə aparılan elmi işlər barədə müzakirə aparıblar. Amerikalı seysmoloqların səfəri iyulun 26-na qədər davam edəcək.
L.AZAD, “Xalq qəzeti”

