“Uçan taksi”lər xəyaldan gerçəyə çevrilir

post-img

Braziliyada yerləşən təyyarə istehsalçısı “Embraer” şirkəti yeni “uçan taksi” layihəsi hazırlayıb. Bunun üçün zavod inşa ediləcəyi bildirilib. 

Məlumata görə, hava taksiləri elekt­riklə işləyəcək və eniş üçün xüsusi zolağa ehtiyac olmayacaq. İlk uçuş­larda pilot iştirak edəcək, lakin sonra­dan özünüidarəedən taksilər fəaliyyət göstərəcək. Kiçik helikopteri xatırla­dacaq taksilərin xidmət haqqı bir nəfər üçün 50–100 dollar nəzərdə tutulub. 

Zavodun Braziliyanın Taubate şəhərində 2026-cı ilə qədər tikilməsi planlaşdırılıb. “Uçan taksi”lər insan­ların sıx olduğu şəhərlərdə tıxacları azaltmağa kömək edəcək. Onun yük­daşıma üçün alternativ olduğu da qeyd edilib. Artıq 3 minə yaxın sifariş alındığı bildirib. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya