“3D çap” insan orqanları da yarada biləcək

post-img

3D çap xüsusi printerlərdən istifadə etməklə üçölçülü obyektlər yaratmağa imkan verən texnologiyadır. Bu texnologiya ehtiyat hissələrin istehsalından tutmuş unikal sənət nümunələrinin yaradılmasına qədər müxtəlif sahələrdə geniş tətbiq olunur. 

Bununla belə, 3D çapın ən heyrətamiz tətbiqlərindən biri in­san orqanlarının yaradılmasıdır. Bir neçə il əvvəl elm adamları süni orqanların yaradılmasının ənənəvi üsullarından xilas oldular, əvəzin­də yeni orqanlar yaratmaq üçün 3D çapdan istifadə etdilər. Bu texno­logiya hələ erkən mərhələdədir, la­kin hər il daha təkmil və dəqiq olur. 

Beləliklə, 3D printerlərin tibbdə tətbiqi insan həyatını xilas etməyə kömək edir. Belə printerlər uğurlu əməliyyatın təmin edilməsi üçün in­sanın skeletinin tam surətini yarada bilir. 3D çap protez və stomatologi­ya sahəsində daha geniş istifadə olunur. Tibbi üçölçülü modellər canlı hüceyrələr də daxil olmaqla müxtəlif materiallardan hazırlana bilər. 

Bu çap üsulu xəritərin yaradılmasında da istifadə olunur. 3D printerlərdən isti­fadə edərək, ərazinin mənzərəsini dəqiq əks etdirən və hətta müxtəlif landşaftların yerləşmə səviyyələrini göstərən iri rəngli xəritələr yaratmaq olar. 

Onun tətbiq sahəsi daha genişdir. 

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı