İnanılmasa da, həqiqətdir: pişiklər insanları səsləri ilə fərqləndirir, amma onlara məhəl qoymamağa üstünlük verirlər.
Pişik sahibləri bu barədə məlumatlıdırlar. Bu fakt təcrübi olaraq yalnız 2013-cü ildə təsdiqlənib. Yapon alimləri 20 pişiyə insan səslərini dinlədiblər. Pişiklər tanış və tanış olmayan səslərə fərqli reaksiya veriblər, lakin heç birinə ciddi maraq göstərməyiblər.
Xatırladaq ki, pişiklərin əhlilləşdirilməsinin tarixi 11 min ildir.
P. ƏFƏNDİ, “Xalq qəzeti”

