Dünya və maraq dünyamız

post-img

Dünya inanılmaz qəribəliklərlə doludur. Çoxları bunlardan xəbərsizdir. Məsələn: 

1. Məşhur uşaq nağıllarının müəllifi Hans Kristian Andersen, demək olar ki, bircə sözü düzgün yaza bilmirdi. 

2. İndiyə qədər aşkar edilmiş ən böyük di­nozavrın uzunluğu 30 metrdən, çəkisi isə 80 tondan çox olub. 

3. Yer Günəş sistemində mifik tanrıların adı­nı daşımayan yeganə planetdir. 

4. İkinci Dünya müharibəsi zamanı Berlinə atılan ilk bomba şəhər zooparkındakı yeganə fili öldürüb. 

5. Qadınların, təxminən, 30 faizi lotereyada nəsə udduqlarını biləndə bileti yaxalarında gizlədirlər. 

6. İnsan bədəninin bütün qan damarlarının uzunluğu, təxminən, 96 min kilo­metrdir. 

7. Rusiyada temperaturun qeydə alındığı tarixdə ən soyuq qış 1740-cı ildə olub. 

8. Dünyanın ən zəngin 3 ailəsinin sərvəti ən yoxsul 48 ölkədə olduğundan daha çoxdur. 

 

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı