Düşüncələri yazıya alan cihaz

post-img

San-Dieqo Universitetinin alimlə­ri düşüncələri avtomatik yazıya alan cihazı sınaqdan uğurla keçiriblər. 

Bu cihaz vasitəsilə alimlər düşün­cəni saniyələr içərisində istənilən dildə çap edirlər. Alimlərin fikrincə, bu kəşf nitq qabiliyyəti tam məhdud olan insan­lara daha çox kömək edəcək. 

Yeni cihaz hələ ki, Harvard Tibb Məktəbi və Braun Universitetinin hə­kimləri tərəfindən sınanıb. Həkimlər gələcəkdə bu kəşfin daha da təkmilləş­dirilə biləcəyini düşünürlər. 

S.RZAYEVA, “Xalq qəzeti”

Dünya