Gömrük xidməti büdcəyə 3 milyard manatdan çox vəsait qazandırıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes fəaliyyətinin leqallaşdırılmasının vergi daxilolmalarının dinamik artımı ilə nəticələndiyini deyib.

Nazir bildirib ki, bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xət­ti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqa­yisədə 41,6 faiz artaraq 9 mil­yard 181,4 milyon manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilol­maları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 5 milyard 199,4 milyon manat olub.

Dövlət Gömrük Komitəsi (DGK) isə 2023-cü ilin yan­var-iyun aylarında dövlət büdcəsinə 3 milyard 75 milyon 365,8 min manat məbləğində vergi və rüsum köçürüb.

DGK-dən verilən məlumata görə, bu göstərici ötən ilin mü­vafiq dövrü ilə müqayisədə 21,1 faiz çoxdur. Hesabat dövrün­də dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,4 faiz artaraq 768 744,1 min manat təşkil edib. ƏDV üzrə daxilolmalar isə 21,3 faiz arta­raq 2 milyard 186 milyon 168 min manata bərabər olub. Ak­sizlər üzrə cari ilin ilk altı ayında daxilolmalar 39,2 faiz artaraq 97 milyon 361,5 min manat təşkil edib.

“Xalq qəzeti”

Son xəbərlər