Kanada mətbuatı: Fransa Cənubi Qafqazda sabitliyi pozur

post-img

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu barədə Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc edilmiş “Fransanın Ermənistan–Azərbaycan münaqişəsində rolu geosiyasi maraqlarla bağlı suallar doğurur” sərlövhəli məqalədə qeyd olunub.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siya­si şərhçi və jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə diqqətə çatdırılıb ki, Fransanın Ermənistanı hərbi cəhətdən dəstəklədiyi barədə məlumatlar mövcud­dur.

Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə Fransanın uzun il­lərdir ki, irqçi davranışlarına görə qınaq obyekti olduğu qeyd edilib. Təəssüflə bildirilib ki, Afrikanın bir çox ölkəsi Fran­sanın onların tarixindəki müstəmləkə keçmişinə görə üzr istəməsini gözlədiyi halda, adıçəkilən ölkənin Afrikaya bəra­bərhüquqlu tərəfdaş kimi yanaşması mü­şahidə olunmur.

Yazıda qeyd edilib ki, qərəzli dav­ranışları səbəbindən Fransa Ermənis­tanla Azərbaycan arasında danışıqlar prosesində iştirak edən obyektiv ölkə kimi mövqeyini itirib və Azərbaycan açıq şəkildə ermənipərəst mövqe tutduğuna görə Fransanın sülh prosesində iştira­kı ilə razılaşmır. Fransanın Ermənistanı dəstəkləməsi, birincisi, bu ölkədəki nü­fuzlu erməni diasporu sayəsindədir, ikin­cisi, Fransa Cənubi Qafqazda öz təsirinə malik olmaq istəyir. Bir neçə ay əvvəl Er­mənistana humanitar missiyanın göndə­rilməsi ilə bağlı qərarın qəbul edilməsi də sözügedən səbəbdən qaynaqlanır.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Fransa İrəvanı sülh müqaviləsi bağlama­ğa sövq etmək əvəzinə, sırf öz maraqla­rından çıxış edərək Ermənistanı dəstək­ləyir ki, bu da nə Ermənistana, nə də Fransaya sərf edir. Fransanın sözügedən siyasəti Ermənistandakı millətçi qruplara yalnız ümid verməklə tərəfləri sülh sa­zişinə yaxınlaşdırmır. Bir sözlə, Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa zidd siyasəti ilə bölgədə sabitliyi pozur.

“Xalq qəzeti”

Son xəbərlər