Ölkədə orta aylıq əməkhaqqı 11 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,1 faiz artaraq 917 manat təşkil edib.

Məlumata görə, iqtisadiy­yatın mədənçıxarma səna­yesi, maliyyə və sığorta fəa­liyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta ay­lıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il iyunun 1-nə ölkə iq­tisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni döv­rü ilə müqayisədə 20,3 min nəfər və yaxud 1,2 faiz arta­raq 1 726,3 min nəfər olub. Onlardan 898,6 min nəfəri iqtisadiyyatın dövlət sektorun­da, 827,7 min nəfəri isə qey­ri-dövlət sektorunda fəaliyyət göstərib.

“Xalq qəzeti”

Sosial həyat