Dünyada istiləşmə proasesi ildən-ilə güclənir, hər il daha çox insan yüksək temperaturun təsirinə məruz qalır. Bu yaxınlarda “Nature Sustainability”nin dərc etdiyi nəticələrə görə, yüzilliyin sonuna qədər siyasət dəyişməsə, istilik o qədər artacaq ki, 2 milyarddan çox insan həyat üçün təhlükəli iqlim şəraitində yaşamalı olacaq.
“Science Hub”un məlumatına görə, insan fəaliyyəti nəticəsində dünyada temperatur indiyə qədər 1,2 dərəcə selciyəcən artıb. Paris müqaviləsi – qaz tullantılarının azaldılması, hər bir ölkə tərəfindən istiliyi udmalı olan istehsalın yaradılması və dünyada temperatur artımının qarşısının alınması haqqında beynəlxalq müqavilə – temperaturun artmasını Farenqeyt üzrə 2,7 dərəcə azaltmağı təklif edirdi.
Ancaq tədqiqatlar göstərdi ki, hazırkı qanunlar, əhal artımı və ətraf mühit şəraitində dünyada temperatur sənayeləşməyə qədərki səviyyədən Farenqeyt üzrə 4,8 dərəcəyə qədər artacaq.
Sonra tədqiqatçılar temperatur artımından hansı sahələrin daha çox zərər görəcəyini araşdırıblar. Onlar “hədsiz isti” rayonları müəyyən ediblər ki, burada bütün il ərzində, bütün mövsümlər daxil olmaqla orta temperatur Farenqeyt üzrə 84,2 dərəcə və daha yüksək olacaq.
“Science Hub” bildirib ki, 40 il əvvəl bütün dünyada yalnız 12 milyon insan həmin qədər temperatur olan regionlarda yaşayıb. Bu gün isə bizim qarşılaşdığımız istiləşmədən 60 milyon insan əziyyət çəkir.
Tədqiqat göstərib ki, 2100-cü ilə qədər dünyada yaşayacağı proqnozlaşdırılan 9,5 milyard insandan 2 milyardı orta temperaturun Farenqeyt üzrə 84,2 dərəcədən yüksək olduğu regionlarda yaşayacaq. “Science Hub”un qeyd etdiyi kimi, daha çox ekvator ətrafındakı ölkələr – Hindistan, Nigeriya, İndoneziya, Filippin və Pakistan əziyyət çəkəcək.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”