Titrəyiş ən çox Xaçmazda hiss olunub

post-img

Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu qəzetimizə verdiyi açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayonda hər hansı nəzərəçarpacaq fəsad, dağıntı qeydə alınmayıb. Sadəcə, rayon mərkəzində çoxmərtəbəli binalarda yaşayan sakinlər arasında müəyyən qədər təşviş yaşanıb. Onların əksəriyyəti həyətlərə düşüblər.

Anar Oruclu sözlərinə onu da əlavə edib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayondakı ti­kililərdə hər hansı dağıntı baş verməyib.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, iyulun 4-ü saat 00:01 radələrində Xəzərin Azərbaycan sahillərində, Xaç­maz rayonundan 46 kilometr şimal-şərqdə 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Şimal bölgəsində 5,7, Bakı və Abşeronda 5,5 bal gücündə hiss olunub. 

“Xalq qəzeti”

Son xəbərlər