Müasir əqli mülkiyyət ekosisteminin inkişafı

post-img

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində dünən “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda dəyirmi masa keçirilib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu səfərin məqsədi əqli mülkiyyət eko­sistemi ilə bağlı ölkəmizdə görülən işlərlə tanış olmaq, ÜƏMT ilə Azərbaycan ara­sında əməkdaşlığı daha da genişləndir­məkdir.

Azərbaycana ilk dəfə gəldiyini deyən Hasan Kleyb Əqli Mülkiyyət Agentliyi­nin fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, ÜƏMT dünya ölkələri üzrə 204 qurum arasında ən nümunəvi idarə­çilik modellərini toplayaraq onları digər ölkələrə çatdırmaq üçün təlimatlar hazır­layıb. Seçilən 15 ölkə sırasında Azərbay­can da yer alıb.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rek­toru Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiya­sının rektoru Urxan Ələkbərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış ediblər. 

Bu gün ÜƏMT-nin mütəxəssisləri tərəfindən “Coğrafi göstəricilər” layihəsi­nin təqdimatı keçiriləcək.

“Xalq qəzeti

Son xəbərlər