Fransadakı səfirliyimizin binasına hücum etmiş erməni cəzalandırıldı

post-img

Dünən Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub. 

Paris məhkəməsinin dünən verdiyi qərarla sözügedən hücumun əsas iştirak­çısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub. Xatırladaq ki, 2022-ci il sentyabrın 18-də radikal erməni nümayəndələri tərəfin­dən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olmuş və nəticədə səfirli­yin binasına zərər yetirilmişdir. Baş ver­miş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəza­landırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının səfirliyini “Lexlor” hüquq şirkəti təmsil edib.

Son xəbərlər