Komissiya üzvləri Gədəbəydə

post-img

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri Gədəbəy rayonuna gedib.

Komissiya üzvlərinin iştirakı ilə Gədəbəy Ra­yon İcra Hakimiyyətində iclas keçirilib.

İclasda Komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mü­hafizə orqanlarının rəh­bərləri də iştirak edib.

Komissiya üzvləri Sö­yüdlü kəndindəki vəziyyə­ti müzakirə ediblər. Sonra onlar süni gölün tikintisi aparılan ərazidə olub, zavodun ərazisindəki tul­lantıxanaya - gölə baxış keçiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əra­zidə monitorinq aparan qrupunun üzvləri komis­siyanın sədri Muxtar Ba­bayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa tə­mas etməsinə imkan ver­mir. Gölə tökülən sianid isə peroksid ilə zərərsiz­ləşdirilir.

Qeyd olunub ki, nü­munələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən is­tifadə etməyin mümkün olduğunu göstərir.

Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış ke­çiriblər.

Sonra komissiya üzv­lərinin Söyüdlü kəndinin sakinləri ilə görüş keçirib­lər.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsə­dovun Sərəncamı ilə Gə­dəbəy rayonunun Söyüd­lü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud və­ziyyətin qiymətləndirilmə­si məqsədilə Komissiya yaradılıb.

Komissiyaya ekologi­ya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Na­zirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisa­diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədə­bəy Rayon İcra Hakimiy­yətinin başçısı daxildir.

Son xəbərlər