Baş prokurorun müavini- Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-leytenant Mais Bərxudarov, eləcə digər rəhbər vəzifəli şəxslər Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissələrdə olublar.
Xanlar Vəliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu vurğulayaraq, onun dünya tarixindəki rolundan, eləcə də Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən bəhs edib.
Sonra hüquqi maarifləndirici mövzularda çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri, məişət şəraitləri ilə maraqlanılıb, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.