Emin Əmrullayev İrakli Qaribaşvili ilə görüşüb

post-img

Tbilisidə səfərdə olan Azərbaycanın elm və təhsil naziri mayın 19-da Gürcüstanın Baş naziri ilə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib

Görüşdə ölkələrimiz arasındakı dost­luq və qardaşlıq münasibətləri diqqət mərkəzində olub. Söhbət zamanı, müxtə­lif sahələrdə, o cümlədən elm və təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda, iki ölkənin elm və təhsil qurumları arasında 2022-ci ildə im­zalanmış sazişin əhəmiyyəti qeyd edilib.

Tərəflər gələcəkdə iki ölkə arasında elm və təhsil sahəsində mövcud məh­suldar əməkdaşlığın daha da genişlənə­cəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını vurğulayıblar. 

Söhbət zamanı Azərbaycanın ADA Universiteti ilə Gürcüstanın üç aparıcı təh­sil ocağı arasında imzalanan müqavilələ­rin əhəmiyyəti xüsusi qeyd olunub. 

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın səfiri Faiq Quliyev və Gürcüstanın təhsil və elm na­ziri Giorgi Amilaxvari iştirak ediblər. 

“Xalq qəzeti”

Son xəbərlər