Moskvada Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb

post-img

Mayın 19-da Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir Ceyhun Bayramov və Ararat Mirzo­yan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası mü­nasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqla­rının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Ru­siya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Nazirlər, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca gö­rüşlər keçiriblər.

“Xalq qəzeti”

Son xəbərlər