Azərkosmos “Agro Dairy” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

post-img

Azərkosmos və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müqavilə “Caspian Agro” Azərbay­can Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb. Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı əraziləri­nin, əkinlərin inkişaf vəziyyətinin monito­rinqi aparılacaq və əkin ərazilərinin elekt­ron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.

Bitki örtüyü xəritəsinin hazırlanmasın­da il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.

Peyk təsvirləri əsasında şumlanmış ərazilərin monitorinqi, deqradasiyaya uğramış torpaqların müəyyənləşdiril­məsi nəzərdə tutulub. Eyni zamanda, məhsuldarlığın proqnozlaşdırılması, əkin sahələrində yayılmış xəstəliklərin inki­şaf dinamikasının və bitkilərin vegetasi­ya dövrünün davamlı olaraq monitorinqi aparılacaq. Kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər üzrə operativ mə­lumatın təmin olunması məqsədilə sözü­gedən peyk xidmətləri rəqəmsal platfor­ma üzərindən təqdim olunacaq.

Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə əkin ərazilərinin effektiv planlaşdırılma­sında peyk təsvirləri əvəzsiz rol oynayır. “Agro Dairy” şirkəti ilə əməkdaşlığımız sayəsində peyk təsvirlərinin istifadəsi ilə sahəvi iş həcmi dəfələrlə azalmış olacaq, ölkəmizdə kənd təsərrüfatında məhsul­darlığın daha dəqiq proqnozlaşdırılması və optimallaşdırılmasına töhfə verəcəyik.

“Xalq qəzeti”

Son xəbərlər