“Heydər Əliyev İli” ilə bağlı tədbir keçirilib

post-img

Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Hərbi prokurorunun böyük kömək­çisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Sumqa­yıt hərbi prokuroru, ədliyyə polkov­nik-leytenantı Raul Şahverdiyev və digər şəxslər ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Son xəbərlər