“Google” şirkəti yeni nəsil dil modeli olan texnologiyalarını təqdim edib.
Yeni texnologiya vasitələri bunlardır:
1. PALM2 - bu texnoloji qurğu təkmilləşdirilmiş çoxdilli, əsaslandırma və kodlaşdırma xüsusiyyətlərinə malik ən müasir dil modelidir. Şirkətin fundamental tədqiqatlarına və ən son infrastrukturuna əsaslanan bu vasitə müxtəlif tapşırıqları yerinə yetirmək qabiliyyətinə də malikdir.
2. İmmersive view - immersiv görünüş adlanan bu vasitədən yerin yüksək keyfiyyətli təsvirini yaratmaq üçün istifadə olunur. İnsanlar bu qurğunu mobil cihazlarına əlavə edərək yerin panoramik təsvirinə baxa və dünyanı yenidən kəşf edə biləcəklər.
İndi şirkət bu texnologiyanı daha da genişləndirərək səyahət marşrutları üçün “İmmersiv Görünüşü” tətbiq edib. Bu qurğu vasitəsilə istifadəçilər səyahət edəcəkləri məkanı əvvəlcədən müəyyən edə biləcəklər.
Bundan əlavə, şirkət “Duet AI Slides” və “Meet” alətlər panelində mətn təsvirlərindən şəkillər yaratmaq, cədvəldə fərdi planlar qurmaq və s. üçün əlavə vasitələr də təqdim edir.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”