Koqalımda Azərbaycanın ümummilli liderinə abidə ucaldılacaq

post-img

Rusiyanın Koqalım şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə ucaldılacaq abidənin yerinə üzərinə yazılı lövhə vurulmuş rəmzi daş qoyulub. 

AZƏRTAC xəbər verir ki, Koqalım şəhərinin başçısı Nikolay Palçikov özü­nün teleqram kanalında bu barədə pay­laşım edib. 

O qeyd edib ki, abidə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə ucal­dılacaq. 

“Xəzəryanı Azərbaycan Respubli­kasından olan şəxslər neft-qaz sahə­sinin (red. - RF Xantı-Mansi Muxtar Dairəsinin) inkişafına əhəmiyyətli töhfə veriblər. Bu görkəmli insanlara hörmət əlaməti olaraq, Azərbaycan Respubli­kasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi şərəfinə ucal­dılacaq abidənin yerinə bu gün rəmzi daş qoyulub”, - deyə Nikolay Palçikov yazıb.

Son xəbərlər