Ulu öndər və hüquqi dövlət quruculuğu

post-img

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prokurorluğunun göstərişinə müvafiq olaraq Mingəçevir şəhər prokurorluğu “Ulu öndər və hüquqi dövlət quruculuğu” mövzusunda konfrans keçirmişdir. 

Məclisi giriş sözü ilə açan Mingəçevir şəhər prokuroru Qabil Səfərov iştirakçı­ları salamlayaraq qonaqları təqdim et­mişdir. Konfrans iştirakçıları torpaqlarımı­zın azadlığı və bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndiril­mişdir. 

Mingəçevir şəhər prokuroru Qabil Səfərov geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Prokurorluğu­nun keçdiyi şərəfli yoldan bəhs etmiş, ulu öndər Heydər Əliyevin prokurorluq işçilə­rinə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açmışdır. 

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək Heydər Əli­yevin 30 ildən artıq bir dövrdəki hakimiy­yəti illərində Azərbaycanın inkişafına və eləcə də prokurorluq işçilərinə göstərdiyi hərtərəfli qayğısından, həyata keçirdiyi əməli işlərdən bəhs etmişdir. 

Konfransda Ağdaş rayon prokuroru Anar Əliyev, Milli Məclisin deputatı Mə­zahir Əfəndiyev, Göyçay şəhər prokuroru Ramin Hüseynov çıxış etdilər. Natiqlər ulu öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın inkişafı, tərəqqisi, həyat tərzi­nin yaxşılaşdırılması yolundakı xidmətlə­rindən danışaraq bu siyasətin bu gün də dövlətimizin başçısı İlham Əliyev tərəfin­dən uğurla davam etdirildiyini bildirmişlər.

Sonda ulu öndərə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat