Türk çempion İrəvan qələbəsini Azərbaycana həsr etdi

post-img

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançı qızıl medal qazanıb.

45 kiloqram çəki dərəcə­sində çıxış edən Cansu Bek­taş fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, birdən qal­dırmada 72 kiloqramın öhdə­sindən gələrək qızıl medala sahib olub.

“Aldığım medalı azər­baycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızda­yıq!” – deyə atlet qeyd edib. 

Cəsur və qeyrətli türk qızı­nı layiqli qələbə münasibətilə təbrik edirik. İdmançılarımıza göstərdiyi həmrəyliyə görə isə oxucularımız adından “Çox sağ ol, Cansu Bektaş!” deyirik. 

“Xalq qəzeti”

Son xəbərlər