YAP-da partiyanın Veteranlar Şurasının üzvü Əli Həsənovla görüş keçirilib

post-img

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Əli Həsənovun 75 illik yubileyi münasibətilə görüş keçirilib. 

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilya­rı doğum günü münasibətilə təbrik edib. O bildirib ki, Əli Həsənov Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müd­dət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və ölkəmizin in­kişafına sanballı töhfələr verib. 

Yubilyarı təbrik edən Yeni Azərbay­can Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, Əli Həsənov uzun müddət müxtəlif və­zifələrdə uğurla çalışaraq ona göstə­rilən etimadı layiqincə doğruldub. 

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkü­rünü bildirən Əli Həsənov Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıb.

Son xəbərlər