Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışıb

post-img

Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respub­likasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq müna­sibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

 

“Xalq qəzeti”

Son xəbərlər