BMT nümayəndələri Füzuliyə səfər edib

post-img

Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan hökumətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 30-a yaxın nümayəndə səfərdə iştirak edir. Bakı-Ağdam marşrutu üzrə hərəkət edən qonaqlar öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək. Füzuli səfəri zamanı qonaqlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı haqqında, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi tikinti-quruculuq işləri aparılması, həmçinin Füzuli şəhərində erməni vəhşiliyi barədə qonaqlar məlumatlandırılıcaq.

Fizuli-3.jpg

Fizuli-4.jpg

Fizuli-6.jpg

Son xəbərlər