Hər nəfərə düşən ÜDM 1955,6 manat olub

post-img

Bu ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artıb.

ÜDM istehsalının 50,3 faizi sənaye, 8,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəq­liyyat və anbar təsərrüfatı, 3,8 fa­izi tikinti, 2,5 faizi kənd təsərrüfa­tı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informa­siya və rabitə sahələrinin, 16,9 faizi digər sahələrin payına dü­şüb. Məhsula və idxala xalis ver­gilər ÜDM-in 9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.

 

“Xalq qəzeti”

İqtisadiyyat