Orta Dəhlizdə “Bir pəncərə”

post-img

Dünən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.

Tədbirdə Azərbaycan, Tür­kiyə, Qazaxıstan, Qırğız, Özbə­kistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmət­lərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşki­latının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təş­kilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avro­pa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər bey­nəlxalq təşkilatların nümayən­dələri iştirak ediblər.

Orta Dəhliz boyunca “Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsa­sında tranzit gömrük prosedur­larının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sər­hədkeçmə proseslərinin sürət­ləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə təşkil edilən görüş­də Azərbaycan gömrük xidmə­tinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib. Qeyd olunub ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bə­yannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elekt­ron qaydada mübadiləsinə, əv­vəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaş­dırılması və səmərəliliyinin artı­rılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edil­məsi, gömrük nəzarəti nəticələ­rinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbirdə tranzit proseduru­nun sadələşdirilməsi üçün tətbiq edilən beynəlxalq mexanizmlər barədə təqdimatlar da nümayiş etdirilib.

Sonda iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri tərəfindən “Transxəzər Bey­nəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazır­lanması və tətbiqi üzrə fəaliyyət planı qəbul edilib və iclasın ye­kun Protokolu imzalanıb.

Tərəflər müzakirə olunan məsələlərin qısa vaxt ərzində reallaşdırılmasını hədəf kimi müəyyən ediblər ki, bu da orta dəhlizin cəlbediciliyinin artırıl­masına, Şərq-Qərb marşrutu üzrə yüklərin daha qısa vaxt və vəsait hesabına daşınmasına, ticarət-təchizat zəncirinin da­vamlılığının təmin edilməsinə əlverişli imkanlar yaradacaq.

 

“Xalq qəzeti”

İqtisadiyyat