Aqrar sahə beynəlxalq əməkdaşlıq üçün açıqdır

post-img

Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması müsbət nəticələr verir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirləri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açır. Məhz bunun nəticəsidir ki, son illər iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların bu sahədə xüsusi fəallığı müşahidə olunur. 

Əhalisinin təqribən yarısının regionlarda yaşadığı Azərbay­canda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlər­də məşğulluğun təminatına mü­hüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 46,8 faiz artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsulları­nın istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrü­fatı və ərzaq məhsullarının ixracı­nın təqribən 30 faiz artmasına im­kan yaradıb. 

Aqrar sektorda müşahidə olu­nan müsbət dinamika 2022-ci ildə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymət­lərlə dəyəri 10 milyard 984,2 milyon manat təşkil edib. Ümumi məhsu­lun 5 milyard 446,2 milyon manatı heyvandarlıq, 5 milyard 538 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2021-ci illə müqa­yisədə kənd təsərrüfatının ümumi istehsalı 3,4 faiz artıb. Hesabat dövründə heyvandarlıq məhsulla­rı üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,3 faiz artım qeydə alınıb. 

Kənd təsərrüfatı məhsulları ix­racının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası ötən il də davam edib. İqtisadi İsla­hatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumatına görə, 2022-ci ildə Azərbaycandan aqrar və aqrar-sənaye məhsullarının ix­rac dəyəri 912,4 milyon dollar təş­kil edib ki, bu da əvvəlki ilin göstə­ricisindən 11,8 faiz çoxdur.

Son illər ərzaq sektorunda fəa­liyyət göstərən sahibkarlara dövlət tərəfindən müvafiq dəstəyin ve­rilməsi ölkəmizdə yerli istehsalın genişləndirilməsinə və əsas ərzaq məhsulları ilə özünütəminetmə sə­viyyəsinin yaxşılaşmasına səbəb olub. Belə ki, özünütəminetmə səviyyəsi meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə 100 faiz, ət və süd məhsulları üzrə 85-86 faiz, kartof üzrə 90 faiz, buğ­da üzrə isə təqribən 60 faiz təşkil edib. Bütövlükdə isə, ölkəmizin mühüm növ ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bu sahədə idxaldan asılılığın azaldıl­ması üçün imkanları genişdir. 

Aqrar sahədə mövcud potensi­aldan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsiz­liyinə mühüm töhfələr verir. Mar­tın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın aparıcı şirkət­lərinin rəhbərləri ilə görüşü zamanı deyib: “Ərzaq təhlükəsizliyi çox va­cib məsələdir. Biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də, çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Məsələn, taxıl istehsa­lına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edə­cək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün is­tifadə oluna bilər. Dediyim kimi, təhlükəsizlik baxımından özümüzü tam təmin etməyə çalışmalıyıq”. 

Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zən­gəzurun aqrar sahədə potensialı olduqca yüksəkdir. Ötən müddətdə həmin ərazilərdə həyata keçirilmiş minatəmizləmə əməliyyatları on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə səbəb olub. Dövlət başçısının xü­susi tapşırığı ilə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, eləcə də Prezidentin həmin bölgələr üzrə xüsusi nümayəndələri və di­gər qurumlar kənd təsərrüfatına uyğun torpaqlardan səmərəli şə­kildə istifadə edilməsi üçün birgə çalışırlar. Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı bil­dirib ki, 30 il ərzində Ermənistan qanunsuz olaraq torpaqlarımızı istismar edib. Dövlətimizin baş­çısının dediyinə görə, ermənilər heç bir vəsait yatırmadan torpaq­larımızdan istifadə ediblər və bu səbəbdən məhsuldarlıq Azərbay­canda digər növlərlə müqayisədə üç dəfə aşağı olub. Məlum olduğu kimi, hazırda işğaldan azad olun­muş ərazilərə qayıdacaq fermerlər üçün müvafiq tövsiyələr hazırlanır. Dövlətin ayırdığı güzəştli subsidi­yalardan yararlanan fermerlər bu ərazilərdə uyğun bitkiçilik məhsul­larının əkib-becərilməsi, eləcə də heyvandarlıq sahələrində fəaliyyət göstərə biləcəklər. 

Yeri gəlmişkən, görüş zamanı alman iş adamları ölkəmizin aqrar sektoruna investisiya yatırmaq­da maraqlı olduqlarını bildiriblər. Məsələn, Aqrobiznes Alyansının icraçı direktoru Brodersen Per Azərbaycanda pomidor və şəkər çuğunduru istehsalında əldə edilən müsbət nəticələrdən xəbərdar ol­duğunu vurğulayaraq bu sahədə məhsuldarlığın artırılması, yeni iş yerlərinin yaradılması baxımından ölkəmizlə əməkdaşlıq etmək istə­yini bəyan edib. 

Kartof toxumçuluğu sahəsin­də 120 illik təcrübəyə malik olan “Europlant Pflanzenzucht” şirkəti­nin ixracat üzrə direktoru Tomas Bottner isə ölkəmizdə kartof çipsisi və qızardılmış kartofun istehsalı sahəsində yaxşı nəticələrə nail ol­mağın mümkünlüyünü bildirib. O, kartof məhsullarının ixracını təş­kil etmək üçün yerli istehsalçılara məhsuldarlığı və səmərəliliyi artır­maq üçün dəstək verməyə hazır olduğunu deyib.

Göründüyü kimi, son illər xari­ci investorlar Azərbaycanın aqrar sektoruna böyük maraq göstərirlər. Bu tendensiya cari ilin ilk aylarında da davam edib. İqtisadiyyat Nazir­liyi yanında İqtisadi Zonaların İnki­şafı Agentliyinin məlumatına görə, Özbəkistan və ərəb ölkələrindən olan investorlar Azərbaycanda aqropark yaratmaqda maraqlıdır­lar. Agentlikdən onu da bildiriblər ki, özbək investorlar Azərbaycan­da pambıqçılıq sahəsinə investi­siya yatırmaq, burada pambıqçı­lıq klasterləri yaratmaq istəyirlər. Ərəb investorlar isə aqroparklarda müəyyən sahələri nəzərdən keçi­rirlər. 

Bundan əlavə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) aqrar sahədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biz­nesin İnkişafı Agentliyi ilə əmək­daşlığa başlamaq niyyətindədir. Bunu USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas bəyan edib. Azərbaycanın kənd təsərrüfatı sahəsində çox böyük potensialının olduğunu bildirən missiya rəhbəri deyib ki, aqrar sahədə çoxlu iş yerləri açılması mümkündür ki, bunun üçün də ki­çik və orta biznesin maliyyələşdiril­məsi çox mühümdür. 

Göründüyü kimi, Azərbaycan­da ölkəmizdə aqrar sektorunun in­kişafı özünün süni inkişaf dövrünü yaşayır. Qarşıdakı illərdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisa­di inkişaf strategiyasında da aqrar sektor, sənaye və xidmət sahələ­rində müasir texnologiyaların tət­biqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradı­lacağı qeyd olunub.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat