Rusiya hücum edir və itki verir

post-img

Son sutka ərzində Ukraynada, xüsusən Baxmut ətrafında şiddətli döyüşlər davam edib. Ukrayna Baxmutun müdafiəsini gücləndirir. Rusiya ordusunun isə şəhər istiqamətinə elit hissələr göndərdiyi, Ukrayna ordusunun müqavimətini qırmaq üçün Baxmuta eyni vaxtda üç istiqamətdən hücum etdiyi bildirilir. Rusiya qüvvələri Xerson vilayətini də 65 dəfə atəşə tutub. Xəbəri UNİAN verib. 

Məlumata görə, “Qrad” və ağır artilleriya qurğularından 354 mərmi atılıb, 18 mərmi ya­şayış məntəqələrinə, fərdi və yaşayış binalarına düşüb. Atış­ma nəticəsində 4 nəfər yarala­nıb. Bundan başqa, Donetski vilayəti də hücuma məruz qa­lıb, 1 sakin həlak olub, 7-si ya­ralanıb.

Ukrayna Silahlı Qüvvələri­nin Baş Qərargahından bildi­rilib ki, Rusiya qüvvələri son sutkada 1000-dən artıq hərb­çisini itirib. “Ötən sutka ərzin­də müdafiəçilərimiz düşmənin Su-25 təyyarəsini və daha 8 müxtəlif tipli PUA-sını vurublar. Rusiyaya məxsus 9 tank, 11 zirehli döyüş maşını, 23 artil­leriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb”, - deyə məlumatda qeyd edilib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər