RMK-nın müşayiəti ilə erməni silahlılarının hərbi kolonu

post-img

03.07.2023-cü il tarixində günorta saatlarında çəkilmiş video və foto materiallarda hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.


Caliber.az-ın əldə etdiyi məlumata görə, Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir.


Konvoyun əvvəlində Rusiya sülhməramlı kontingentinin iki “UAZ Patriot” maşını, ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir brezent “Ural” və su çəni olan “KamAZ”, karvanın sonunda isə BTR-dir.


Konvoy qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edir.

Son xəbərlər