Xarici jurnalistlər Gəncədə və Füzulidə

post-img

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmişəcnəbi media nümayəndələri Gəncə şəhərində və füzuli rayonunda səfərdə olublar.

Xarici jurnalistlər Vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin uzaq­vuran artilleriya vasitələri ilə Gəncədə dinc əhaly əqarşı törətdiyi terror hadisələrinin baş verdiyi əraziləri ziyarət ediblər.

Məlumat verilib ki, düşmə­nin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən uzaq məsafə­də yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla, 26 mülki şəxs hə­lak olub, 175 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəq­liyyat vasitələrinə külli miqdar­da ziyan dəyib.

***

Xarici media nümayən­dələrinə Füzuliyə səfər za­manı Beynəlxalq Hava Lima­nında azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-qurucu­luq işləri, infrastruktur layihələ­ri barədə məlumat verilib. 

Bildirilib ki, azad edilən tor­paqlarda irimiqyaslı layihələr reallaşdırılır, tikinti-quruculuq işləri aparılır. Səfər iştirakçıları sonra Merdinli kəndində ermə­ni barbarlığının izləri ilə tanış olublar. Qeyd edilib ki, düşmən kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı nifrətini göstərib.

Xarici jurnalistlər sonra Fü­zuli rayonundakı Aşağı Kön­dələnçay su anbarında olub­lar. Qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəh­şiliyinin şahidi olublar. Media nümayəndələrinə, həmçinin ərazilərin Ermənistan tərəfin­dən minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmiz­ləmə işləri barədə məlumat verilib.

Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar Şuşa şəhərinə yola düşüblər.

 

“Xalq qəzeti”

Son xəbərlər