Qərbi Azərbaycana qayıdış parlament dinləməsində

post-img

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Əvvəlcə müzakirəyə çıxarılan möv­zuya həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Komitə sədri Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azər­baycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş ve­rir. Dövlət başçısının bu sahədə tarixi missiyası İrəvana, Göyçəyə, Zəngəzu­ra qayıdışı qısa vaxtda təmin etməkdən ibarətdir. 

Dinləmədə 200 ildən artıq bir za­manda Qərbi azərbaycanlıların müxtə­lif siyasi quruluşlarda ermənilərin etnik təmizləmə və soyqırımları nəticəsində yaşadığı fəlakətlərdən söhbət açılıb. Qərbi azərbaycanlıların ziyalı, intellek­tual, mədəni, siyasi, hərbi elitası sayı­lan on minlərlə görkəmli soydaşımızın məhv edildiyi vurğulanıb. Qeyd edilib ki, 1988-ci ildə ermənilər etnik təmiz­ləməni başa çatdıraraq yerli əhalini Qərbi Azərbaycan torpaqlarından ta­mamilə deportasiya ediblər.

Prezident İlham Əliyev tarixin saxta­laşdırılması, İrəvanın verilməsi ilə heç vaxt barışmayıb, xalqımızın qarşısında Qərbi Azərbaycana Qayıdışı tarixi və­zifə kimi irəli sürüb. Qayıdış kursunun bir qolu kimi Qərbi Azərbaycana dinc və layiqli dönüş bütün xalqımızın torpa­ğa və kökə bağlılığını saxlayan mənə­vi dəyərdir. 2020-ci ilin 8 noyabrından sonra regionda baş verən mühüm də­yişikliklər nəticəsində özünəinam artıb, geosiyasi qüvvələr nisbəti Azərbayca­nın xeyrinə dəyişib, qayıdış ruhu möh­kəmlənib. İndi Qərbi Azərbaycan məf­kurəsinin dirçəlişinə ehtiyac var. 

Sonra Milli Məclisin deputatı, Qər­bi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov 2022-ci il de­kabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşünü xatırladaraq dövlət başçısının proqram xarakterli çıxışında yeni milli hədəfimizi – tarixi torpaqlarımıza qayıdışı müəy­yən etdiyini deyib. Bildirib ki, bu qayıdı­şın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qa­yıdış Konsepsiyasında öz əksini tapıb.

Dinləmədə qeyd edilib ki, Qərbi azərbaycanlıların qayıdışı tələbi bey­nəlxalq hüquqa tam uyğundur. Bu is­tiqamətdə beynəlxalq müstəvidə də ar­dıcıl iş aparılmalıdır. Bu mənada, Qərbi Azərbaycan İcmasının beynəlxalq ic­timaiyyətə müraciətinin Birləşmiş Mil­lətlər Təşkilatının rəsmi sənədi kimi yayılması mühüm əhəmiyyət kəsb edir. Çıxış edənlər müzakirəyə çıxarılan mövzunun mühüm siyasi-hüquqi xa­rakter daşıdığını deyiblər.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Son xəbərlər