“Qarabağ” yatağında tammiqyaslı işlərin son mərhələsi

post-img

“Qarabağ” neft yatağında bu ilin sonunadək tammiqyaslı işlər proqramının yekunlaşdırılması planlaşdırılır.

BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib ki, “Qarabağ” yatağı üzrə işlərdə növbəti mərhələyə keçid üçün hazırlıq aparılır: “İlin sonunadək tammiqyaslı işlər proqramını tamamlamağı planlaşdırırıq. Proqram yekunlaşdıqdan sonra gələn il seysmik tədqiqatlara başlayacağıq. Həmin tədqiqatlar bitdikdən sonra yatağın gələcək işlənməsi ilə bağlı konkret konsepsiya və planları təqdim edəcəyik”.

Qeyd edək ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə iştirak payının alınmasına dair müqavilələr imzalayıb. “Qarabağ” yatağı, Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşir.

XQ

İqtisadiyyat