Liderlərin ölkəmizə səfəri başa çatıb

post-img

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösinin Azərbaycana səfəri martın 3-də başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeropor­tunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər yola saldılar.

***

Bosniya və Herseqovinanın Rə­yasət Heyətinin Sədri xanım Jelka Ts­viyanoviçin Azərbaycana səfəri martın 3-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bosniya və Herseqovinanın Rə­yasət Heyətinin Sədri xanım Jelka Ts­viyanoviçi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

***

İraq Respublikasının Prezidenti Əb­düllətif Camal Rəşidin Azərbaycana səfəri martın 3-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Prezidenti Əbdüllətif Camal Rə­şidi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər na­zirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

 

AZƏRTAC





Son xəbərlər