Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb.

Görüşdə türk xalqları arasındakı hərtərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsində Türk Əməkdaşlıq Təşkilatları tərəfindən göstərilən səylərin önəmindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un Türk xalqlarına məxsus ortaq mədəni ir­sin təşviqi istiqamətindəki işləri üzrə ümumi söhbət aparılıb. Şuşanın “2023-cü il Türk Dünyasının Mədə­niyyət Paytaxtı” elan edilməsinin mühüm əhəmiyyəti vurğulanaraq, bu səpkidə birgə tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Görüş­də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədə­niyyət Forumunun təşkili ilə bağlı gö­rülən hazırlıqlardan bəhs edilib. 

Eyni zamanda, tərəflər Bey­nəlxalq Türk Dilləri Forumunun və digər layihələrin keçirilməsi, eləcə də Türk Dünyasının böyük şəxsiyyətlə­rinin ildönümlərinin qeyd olunması yönündə əməkdaşlığın vacibliyinə toxunub.

Görüşün sonunda qarşılıqlı hə­diyyələr təqdim edilib və xatirə şəkil­ləri çəkilib.

Son xəbərlər