Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşdakı mobil səhra hospitallarında olub. Burada yaradılmış şəraitlə, həmçinin hospitallarda müayinə və müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıb, FHN-in tibbi personalı ilə görüşüb.
F.Qoca hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

