Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış, insanların müvəqqəti yaşaması üçün nəzərdə tutulan növbəti 6 ədəd modul tipli ev və 91 min manat dəyərində olan növbəti zəruri humanitar yardım bu gün Türkiyəyə yola salınıb. Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, 6 kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardımın göndərilməsi təmin olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilib.
Ə.ƏLİYEV, “Xalq qəzeti”

