Təbrizin “Azərəncümən” xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Xoy şəhərindəki zəlzələdən evsiz qalan insanların sayı 130 min nəfərdir.
Yerli sosial media fəallarının düşərgələrdə apardıqları müşahidələrdə minlərlə insanın acınacaqlı vəziyyətdə olduqları müşahidə edilib. Hərçənd evləri dağılan azərbaycanlıların çadır şəhərciklərində yerləşdikləri bildirilsə də, reallığ düşünüldüyündən də acınacaqlıdır.
Onu da deyək ki, Azərbaycan bölgələrindən zərərçəkənlərə əhali yardım göstərməkdə fəaldır. Bu insanlara 120 milyard tümən (2 milyon 400 min avro) dəyərində kömək yığılaraq çatdırılıb.

